Birlik Stadionu (Edmonton)

Birlik Stadionu
Loqonun şəkli
Xəritə
Yeri Edmonton
Sahibi Edmonton
Tamaşaçı tutumu 56.302
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birlik Stadionu (ing. Commonwealth Stadium) — Kanadanın Alberta əyalətində yeləşən çox məqsədli bir stadion. Kanadanın ən böyük açıq hava stadionu halına gələn 56.302 oturacaq tutumuna malikdir. Əsasən Kanada futbolu üçün istifadə olunur, lakin həm atletika həm də reqbi birliyi, eləcə də konsertlər üçün istifadə edilə bilər.

Tikinti 1975-ci ildə başlayıb və 1978-ci ildə Birlik oyunları ərəfəsində açılıb. Bu səbəbdən arenaya Birlik Oyunları adı verilmişdir. 1983 Yay Universiadası ərəfəsində onun tutumu 60 081 nəfərə çatanda əhəmiyyətli dərəcədə genişlənmişdir.

Futbol turnirlərinə Kanada Milli Futbol Komandası ilə 9-cu FİFA Dünya Kuboku seçmə mərhələsi, Kanada Kubokunun iki versiyası, 1996 CONCACAF Kişilər Olimpiya Oyunları öncəsi turniri, 2002 FİFA U-19 Qadınlararası Dünya Çempionatı, 2007 FİFA U-20 Dünya Kuboku, 2014 FİFA U-20 Qadınlararası Dünya Kuboku və 2015 FİFA Qadınlararası Dünya Kuboku daxildir. Edmonton FK, 2011-2013-cü illərdə Kanada Çempionatları matçlarını Birlik Stadionunda keçirildi. Stadion, eyni zamanda, Kanadanın MeksikaAmerika Birləşmiş Ştatları ilə birlikdə ev sahibliyi edəcəyi 2026 FİFA Dünya Kuboku üçün potensial sahə olaraq siyahıya alındı.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy